hamı piyada olub ... atlı

Cf. a daylight with a candle / a daylight with a lantern Cр. с собаками не сыщешь / днём с огнём не сыскать
hamı öz payını aldı
hamılıqla susma (qəsdən danışmama)
OBASTAN VİKİ
Hamı haradadır
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
Atlı (İrəvani)
Atlı — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Bu əsərdə təsvir zəif, təxmini və sxematikdir. Miklaşevskinin sözlərinə görə insan və atın təsviri taxta kimi və ya kukla kimi görünür. "Atlı" İrəvaninin dövrümüzə çatmış əsərləri arasında peyzaj və at təsviri olan yeganə əsərdir.. Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954.
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Atlı xalqlar
Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən, dəhnə, üzəngi, şalvar geyimini, atüstü yarışma oyunları yaratmışlar. Atlı xalqların əzici çoxu türk idi. Onlar at əti yeyirdilər və qımız (at südü) içirdilər. Yaxşı dəmirçi, metallurq və zərgər idilər. Atüstü idman növləri vardı: çovqan (atüstü polo), sür-papaq (atüstü basketbol) , er eniş (atüstü gürəş) , papaq oyunu və b. Karuselin yaranması da atlı xalqlarla bağlıdır: ilk dəfə karusel atları döyüş üçün məşq etmək üçün yaradılmışdı, sonralar insanlar tərəfindən yelləncək kimi işlədilmişdir. Qeyri-türk xalqlarında köçərilik görülsə də (məsələn, qaraçılar, bədəvi ərəblər), uşaqlı, qadınlı, kişili elliklə kütləvi şəkildə atlı həyat tərzi sürmək, at əti yemək, at südü içmək təsvir olunmamışdır. Skiflər — əfsanəvi atlı oxatanlar, "kentavrlar". Sarmatlar — başdan ayağa zirehli döyüşçülər, atları da zirehli idi.
Aşir Atlı
Aşir Atlı (türk. Aşir Atlı) (1881, Kilis – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == 1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi. == Hərbi fəaliyyəti == 27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi.
Bürünc atlı
Bürünc atlı (poema) — Aleksandr Puşkinin poeması. Bürünc atlı (heykəl) — I Pyotrun Sankt-Peterburqun Senat meydanında XVIII əsrdə ucaldılmış heykəli.
Göy atlı
Göy atlı (alm. Der Blaue Reiter‎) — XX əsrin əvvəllərində Almaniyada ekspressionizm (əsasən rəssamlar) nümayəndələrinin yaradıcılıq birliyi. Birlik eyni adlı almanaxların müəllifidir. 1911-ci ildə Münhendə Vasili Kandinski və Mark Frans tərəfindən Göy atlı birliyi yaradılmışdır. Bu birliyin əsas məqsədi akademik rəssamlığın daşlaşmış ənənələrindən azad olmaq idi. Onlardan başqa "Göy atlı" birliyində həmçinin, Avqust Make, Marianna Verevkina, Aleksey Yavlenski və Paul Kleye kimi rəssamlar var idi. Bu incəsənət birliyinin işində həmçinin rəqqaslar və bəstəkarlar da iştirak edirdilər. Onları orta əsrlər və primitiv incənətə maraq birləşdirmişdi. Avqust Make və Mark Frans hesab edirdilər ki, hər bir insan gerçəkliyinin incəsənət vasitəsilə birləşdirilən daxili və xarici qavrayışı vardır. Bu ideya nəzəri cəhətdən Kandinski tərəfindən irəli sürülmüşdü.
Mexanikləşdirilmiş Piyada
Mexanikləşdirilmiş piyada — zirehli transportyor və ya piyadanın döyüş maşını ilə təmin edilən piyada qoşunlarıdır. Motorlu piyadalardan fərqi odur ki, onların nəqliyyat vasitələri düşmən atəşinə qarşı zirehlidir.
Motorlu piyada
Motorlu piyada — daşınması motorlu nəqliyyat vasitələri ilə təmin olunan piyada qoşunlarıdır. “Çevik piyada” kimi də tanınırlar. Belə bölmələrdə yalnız piyada deyil, birliyin hər cür ləvazimatları da bu cür nəqliyyat vasitələri ilə daşınır. Motorlu piyadaların mexanikləşdirilmiş Piyada heyətindən fərqi nəqliyyat vasitələrinin zirehli olmaması və təkərli nəqliyyat vasitələrindən istifadə etmələridir. Motorlu piyada qüvvələrində istifadə olunan nəqliyyat vasitələri, daha güclü mühərrik, qalın və daha geniş təkər kimi cəhətləri ilə fərqlənən mülki nəqliyyat vasitələrinə bənzər modellərdir. Hərbi hissələrin bu şəkildə motorlu nəqliyyat vasitələri ilə təchiz edilməsi xüsusilə piyada qoşunları kimi elementlər üçün son dərəcə təsirli bir hərəkət təmin edir. Qoşunların cəbhəyə köçürülməsi, yerdəyişməsi, ehtiyat qoşunların lazımi cəbhələrə köçürülməsi motorlu nəqliyyat vasitələri ilə daha sürətli edilə bilər. Bundan əlavə, tədarükün daşınması sürətlənir. Bütün bu üstünlüklərinə baxmayaraq, belə bir motorlaşdırılmış hərbi birliklər münaqişələrdə bir üstünlük təmin etmirlər. Nəqliyyat vasitələrinin zirehsiz olması o deməkdir ki, hətta yüngül silahların da hücumlarına qarşı son dərəcədə həssasdırlar.
Piyada (şahmat)
Piyada — Şahmat fiquru. Piyadalar ancaq qabağa hərəkət edə bilərlər: a) piyada yerləşdiyi xanadan başlayaraq şaquli xətt üzrə başlanğıcda bir və ya iki xana tullanmaqla hərəkət edir. Sonra onun xanadan-xanaya hərəkəti şaquli xətt üzrə edilir. Rəqib piyadasını vurarkən, o, diaqonal üzrə qarışıq xanaya keçir. b) şaquli xətt üzrə hərəkət edən hər hansı bir piyada taxtanın sonuna çatdıqdan sonra sonuncu gedişdə öz rəngindən olan və rəqibin vuraraq əldə etdiyi vəzirə, topa, filə və ya ata çevrilə bilər. Qoşalaşmış piyada (şahmat) Keçid piyadası (şahmat) Şah (şahmat) Vəzir (şahmat) Top (şahmat) Fil (şahmat) At (şahmat) Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 8.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır.
Piyada keçidi
Piyada keçidi — piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü tikilmiş yer. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilməlidir. Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Qanunvericiliyə əsasən yolda istənilən hərəkətin təhlükəsizliyi yol-müfəttişi tərəfindən tənzimlənir. Yolun üzərində olan piyada keçidi (zebr) — yolun (və ya dəmiryolun), piyadaların keçidi üçün nəzərə alınmış hissəsi. Yol üzərində zolaqlarla çəkildiyi üçün zebr da adlandırılır. Nizamlanmayan piyada keçidi — ən sadə piyada keçididir. Belə keçidlərdə avtomobil və digər nəqliyyat vasitələrinin sürücüləri piyadalara yol verməlidir. Nizamlanmayan piyada keçidləri hərəkət intensivliyi nisbətən zəif olan yollarda (və ya küçələrdə) salınır. Bu cür keçidlər Azərbaycan Respublikası yol nişanlarına əsasən 5.16.1, 5.16.2 və 5.17.1, 5.17.2 "Piyada keçidi" nişanları ilə göstərilir.
Piyada əsgərlər
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.
Piyada tankı
Piyada tankı ideyası Böyük Britaniya tərəfindən İkinci Dünya müharibəsi zamanı ortaya atılmış olan bir termindir. Bu tanklar süvari tanklarından daha qalın zirehlərlə örtülməsi ilə fərqlənirdilər. Bu formada da arxadan gələn piyada birliklərinin müdafiəsini təmin edərək, güclü müdafiə olunan düşmən xətlərini yarmaqda istifadə edilmək üçün nəzərdə tutulmuşdurlar. Piyada tankları cəbhədə cığır açandan sonra daha yüngül və sürətli süvari tankları sürətlə düşmənin arxasına düşməli, cəbhənin arxasındakı düşmənin rabitə və təchizat yollarını kəsməli idi. Ənənəvi hərbi terminologiyada piyada tankları mahiyyətcə ağır tanklar, süvari tankları isə orta tanklar, yüngül tanklar və yaxud da zirehli maşınlar hesab olunurlar. Piyada və süvari tankları arasındakı parçalanma Birinci Dünya müharibəsi zamanı Britaniyanın ağır tankları ilə sürətli Whippet Medium Mark A və onun varisləri, Medium Mark B (tank) və Medium Mark C (tank) arasında baş vermişdir. Bu, xüsusilə müharibələrarası dövrdə Percy Hobart və Basil Liddell Hart tərəfindən irəli sürülən bir düşüncə tərzidir. Piyada tanklarından əvvəl hazırlanmış olan piyada birliklərinə dəstək verməsi lazım olan tankların yüngül zirehlərinə görə sürətləri də çox idi və bu da öz növbəsində bu tankların düşmən atəşindən qaçmaq üçün sürətlə hərəkət etmələrinə və beləliklə də arxada qalan piyada birliklərinin üzə çıxmasına səbəb olurdu. Hazırlanmış ilk ümumi təyinatlı piyada tank dizaynları Mark I "Matilda" və Mark II "Matilda" tankları idilər. U tanklarında isə pulemyotlar və 2 pounder tank əleyhinə silahlar mövcud idi.
Qardaş olub Hayastan–Azərbaycan
"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir. == Tarixi == "Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış, musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir. Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir. "Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur. 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir.
Atlı xalq nəzəriyyəsi
Atlı xalq nəzəriyyəsi (騎馬民族説, Kiba minzoku setsu) – Qədim Yaponiyada ilk mərkəzi dövlətin Koreyadan gələn və Yaponiyanı işğal edən atlı xalq tərəfindən qurulduğunu müdafiə edən nəzəriyyə. Atlı xalq nəzəriyyəsinin standart versiyası Tokio Universitetinin professoru Eqami Namio tərəfindən işlənib hazırlanmış, nəzəriyyəsindən 1948-ci ildə Yaponiya mədəniyyətinin köklərinə həsr olunmuş simpoziumda və "Atlı xalq dövləti" kitabında bəhs etmişdir. Eqami Namiodan əvvəlki Yaponiya alimləri Yaponiya mədəniyyətinin formalaşmasında Çin, Koreya, Şimal-şərqi və Cənub-şərqi Asiya, Sakit okean adalarının təsirinin olduğunu qəbul etsələr də, bunların ölkədə artıq formalaşmış olan unikal Yaponiya mədəniyyətinə əlavələr olduğunu bildirirdilər. İkinci dünya müharibəsinin başa çatmasından əvvəlki dövrdə Yaponiya tarixçiləri Yaponiyanın mənşəyini sorğulamağa cəsarət etmirdilər. 1942-ci ildə tarixçi Tsuda Sokiçi ilk 9 imperatorun həqiqətən mövcud olub-olmadığını sorğuladığı üçün həbs olunmuşdu. 1945-ci ildən etibarən Yaponiyanın mənşəyi ilə bağlı araşdırmalar yenə populyar olmuşdur. 1948-ci ildə İşida Eyiçiro tərəfindən keçirilən "Yaponiya xalqı və mədəniyyətinin mənşəyi və Yaponiya dövlətinin formalaşması" simpozimunda ilk dəfə Eqami Namio tərəfindən Atlı xalq nəzəriyyəsi ortaya atılmışdır. Simpoziumda etnoloq Oka Masao və arxeoloq Yavata İçiro da iştirak etmişdirlər. 1948-ci ildəki simpozium tarixçi Oka Masaoya təsir etmiş və nəzəriyyəni genişləndirmişdir. Masao bildirmişdir ki, Yaponiya mədəniyyətinin formalaşması cənubi Çin və Cənub-şərqi Asiyadan gələn 3 mədəni axınla bərabər, Mançuriyadan Koreyaya, ordan da Yaponiyaya gələn dördüncü axınla baş vermişdir.
Qarabağ atlı alayı
Qarabağ atlı alayı — Çar Rusiyası Qarabağı işğal edəndən sonra yaranmışdı. 1-ci Müsəlman polku da adlanırdı. Alay 5 yüzlükdən (taqımdan) ibarət idi. Alaya komandir, yüzlüyə sultan başçılıq edirdi. Sultanın müavini naib, naibin yardımçısı vəkil adlanırdı. Alayın bayrağı vardı. Komandir ştabs-kapitan Gülməmməd bəy Rüstəmbəyov, polkovnik Cəfərqulu xan Nəva Sarıcalı-Cavanşir, 1829-cu ildə komandir köməkçisi kapitan Rüstəm bəy Cavanşir olmuşdu. Komandirin adyutantı Rəhim bəy Uğurlubəyov idi. 1831-ci ildə alayın bayraqdarı Behbud bəy İsmayıl bəy oğlu olmuşdu. Qarabağ atlı alayının düşərgəsi Ağcabədi kəndinin yanında yerləşirdi.
Qoşalaşmış piyada (şahmat)
Qoşalaşmış piyada — Şahmat termini Bir tərəfin iki (üç) piyadasının bir şaquli xətt üzərində dayandığı piyadalar.
Qızıl atlı (Drezden)
Drezden "Qızıl Atlı"sı (alm. Goldener Reiter‎) — Saksoniya və Polşa kürfürstü, Güclü Avqustun atlı heykəlidir. Abidə (alm. Augustusbrücke‎) körpüsü ilə (alm. Hauptstraße‎) küçəsi arasında (alm. Neustädter Markt‎) meydanında yerləşir. Abidədə Güclü Avqust roma zirehində əynində Polşa Krallığı istiqamətində at çaparkən təsvir edilmişdir. Güclü Avqustun atlı heykəli 1732–1734-cü illərdə heykəltaraş Lüdviq Videman tərəfindən misdən hazırlanmış və qızıl amalqamla örtülmüşdür. Fransız memarı (fr. Zacharias Longuelune) tərəfindən yaradılmış postamentin tikintisinə 1735-ci ildə başlanılıb.
Çevrilən piyada (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
İkinci Piyada Diviziyası
İkinci Piyada Diviziyası — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun hərbi birləşməsi. Diviziyaya 5, 6, 7 və 8-ci atıcı alayları daxil idi. Onların şəxsi heyəti lazımınca komplektləşdirilməmişdi. Buna görə də Əlahiddə Azərbaycan Korpusuun (ƏAK) tərkibində bu alayların Ģəxsi heyəti digər hissələrin komplektləĢdirilməsinə yönəldildi və 2-ci piyada diviziyasmın komandanlığının saxlanılmasına ehtiyac qalmadı. 1918 ilin sentyabrında Bakı şəhəri düşmən qüvvələrdən azad edildikdən sonra Qafqaz İslam Ordusu komandanının əmri ilə Azərbaycan piyada diviziyalarının bərpasına başlanıldı. Sentyabrın 25-də ƏAK-nun tərkibinə daxil olan 2-ci Azərbaycan piyada diviziyasının təşkili barədə əmr verildi. Bu zaman yalnız diviziyanın tərkibinə daxil olacaq 4-cü piyada alayının formalaşdırılması başa çatmaq üzrə idi. Diviziyanın formalaşdırılmasını sürətləndirmək üçün 5-ci Qafqaz firqəsinin 10-cu Qafqaz alayı 2-ci piyada diviziyasına verilmişdi və bu alayın taborları diviziyanın yeni yaradılan alaylarının əsasını təşkil etməli idi. 4-cü piyada alayı 10-cu Qafqaz alay ının 1-ci taboranun bazasında formalaşmışdı. Taborun zabıt və əsgər heyəti 4-cü alayın şəxsi heyətinə qatılmışdı.
Piyada (qoşun növü)
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.
Qafqaz atlı briqadası
Qafqaz atlı briqadası — 31 yanvar 1904-cü ildə Rusiya im­peratorun icazəsi ilə Uzaq Şərqdə hərbi yürüşlərdə iştirak üçün yaradılmış atlı briqada. Qafqaz atlı briqadası 31 yanvar 1904-cü ildə Rusiya im­peratorun icazəsi ilə Uzaq Şərqdə hərbi yürüşlərdə iştirak üçün yaradılmışdı. Briqada Azərbaycanlılardan, dağlı qafqaf könüllülərin­dən və Dağıstan atlı alayından təşkil olunmuşdu. Könüllülər hərbi xidmətdə iştirak etmək üçün Əlahəzrət imperatorun adından çağırılırdı. Qafqaz atlı briqadasının alayları draqun və kazak atlı alayları kimi hərbi tapşırıqlar alır, bəzi yanaşmada fərqlənirlər. Qafqaz atlı alayları yarandığı gündən ordu hüququndan və mənsəbindən istifadə edirdi. Qafqaz atlı briqadası general-mayor knyaz Orbeiianinin komandanlığı altında, general Kuropatkinin ordusunun tərki­bində Mancuriyada vuruşmuşdu.